...

Metroda nəzarət-profilaktik tədbirləri gücləndirilib

Cəmiyyət Materials 1 Noyabr 2021 18:43 (UTC +04:00)
Metroda nəzarət-profilaktik tədbirləri gücləndirilib

Bakı. Samir Əli - Trend:

Koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə mülki geyimli polis əməkdaşları metropolitendə tibbi maskadan istifadə etməyən şəxslərlə bağlı nəzarət-profilaktik tədbirləri gücləndirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunur.

"Hərəkət iştirakçılarını qaydalara əmələ etməyə çağırırıq. Tədbirlər fasiləsiz davam etdiriləcək" - deyə, nazirlik qeyd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti