...

Ələt qəsəbəsində Şəhidlər parkının açılışı olub (FOTO)

Cəmiyyət Materials 9 Noyabr 2021 13:30 (UTC +04:00)
Ələt qəsəbəsində Şəhidlər parkının açılışı olub (FOTO)

Bakı. Trend:

Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən 8 noyabr 2021-ci il tarixində Zəfər gününün bir illiyinə həsr edilmiş tədbirlərin içində Qaradağ rayon Ələt qəsəbəsində inşa edilmiş Şəhidlər parkının açlışı olub.

Ələt qəsəbəsində inşa olunmuş parkda Şəhidlərin abidəsi düzəldilmiş, abidə üzərində I Qarabağ müharibəsi şəhidlərinin və Vətən müharibəsi şəhidlərinin mərmər üzərində hazırlanmış şəkilləri vurulub.

Bundan başqa parkda Şəhidlər bulağı və sakinlərin istirahəti üçün bütün şərait yaradılıb.

Parkın açlışında Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları, YAP Qaradağ rayon təşkilatının sədri, Qaradağ rayon İcra Hakimiyyətinin məsul işçiləri, şəhid ailələri və vətən müharibəsi əlilləri, iştirakçıları, Ələt qəsəbəsinin ziyalıları iştirak etmişdir.

Tədbir iştirakçıları ilk öncə Şəhidlər Abidəsini ziyarət etmiş və abidə önünə əklil qoymuşlar.

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı açılışda iştirak edən Şəhid ailələri, Vətən müharibəsi qaziləri və iştirakçıları ilə görüşümdür. Onlara Ali Baş Komandanın rəhbərliyi ilə bizə bu qələbə sevincini yaşatdıqları üçün təşəkkürünü bildirmiş və 8 noyabr Zəfər Günü münasibəti ilə hər birini təbrik etmişdir.

Daha sonra tədbirdə iştirak edən şəhid ailələri, qazilər və digər sakinlər Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürlərini bildirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti