...

Bakıətrafı qəsəbələrin kanalizasiya problemi nə vaxt həllini tapacaq? - AÇIQLAMA

Cəmiyyət Materials 23 Noyabr 2021 10:42 (UTC +04:00)
Bakıətrafı qəsəbələrin kanalizasiya problemi nə vaxt həllini tapacaq? - AÇIQLAMA

Bakı. Çingiz Səfərli - Trend:

Bakıətrafı ərazilərdə tullantı sularının axıdılması üçün 7100 kilometr uzunluğunda xətlərin tikintisi nəzərdə tutulub.

Bunu Trend-in sorğusuna cavab olaraq "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. O bildirib ki, hazırda Abşeron yarımadasında yaşayan əhalinin təxminən 40 faizinin kanalizasiya xəttinə çıxışı yoxdur və bunun 95 faizi Bakıətrafı ərazilərin payına düşür:

"Bildiyiniz kimi Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisi yekunlaşdırılıb və həmin layihənin davamı olaraq hazırda ora iki istiqamətdən gətirici kollektorların tikintisi davam etdirilir. O kollektorlar tikilib istifadəyə veriləndən sonra 11 qəsəbədə tullantı sularının dənizə axıdılmasının qarşısı alınacaq. Bakının ətraf ərazilərində demək olar ki, kanalizasiya sistemi inkişaf etməyib. Mövcud xətlər də fərdi qaydada çəkilib və daha çox birbaşa hansısa sututara, gölə və bir qismi Xəzər dənizinə axıdılır" - deyə, A.Cəbrayıllı vurğulayıb.

Onun sözlərinə görə, Bakıətrafı qəsəbələrin bir hissəsinin kanalizasiyasının Xəzərə axıdılması böyük problemdir:

"Əlbəttə Səngəçalda, Lökbatan qəsəbəsinin yaxınlığında, Türkanda, Pirallahıda, Zirədə, Pirşağıda yeni sutəmizləyici qurğular tikilməlidir ki, Xəzər dənizinin ekoloji təhlükəsizliyi təmin olunsun.

Bizim baş planımızda Bakıətrafı ərazilərə 7100 kilometr uzunluğunda kanalizasiya xətlərinin tikintisi nəzərdə tutulub. Amma indiyə qədər bu layihələrin cəmi 12 faizi icra olunub. Bunlar çox böyük maliyyə tutumlu layihələrdir və dövlət büdcəsi hesabına maliyyələşdirilir. Dövlət investisiya ayırdıqca, "Azərsu" ASC sifarişçi rolunda çıxış edərək, həm içməli, həm də tullantı su sistemlərinin tikintisini həyata keçirir", - deyə qurum rəsmisi əlavə edib.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti