...

Koronavirusu çinlilər icad etməyib - Aziz Sancar

Cəmiyyət Materials 6 Dekabr 2021 11:53 (UTC +04:00)
Koronavirusu çinlilər icad etməyib - Aziz Sancar

Bakı. Çingiz Səfərli -Trend:

Koronavirusu çinlilər icad etməyib.

Trend-in məlumatına görə, bunu Nobel mükafatçısı Aziz Sancar UNEC-də mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu infeksiyanın ilk dəfə Çində peyda olması amerikalıların, digərlərinin uydurmasıdır.

"Bununla insanların fikrini qarışdırırlar. Bunu söyləyən sadəcə cahildir. Koronavirus təbiətdən çıxıb", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti