...

Yüksək qan təzyiqini aşağı salan məhsullar açıqlanıb

Cəmiyyət Materials 1 Yanvar 2022 14:37 (UTC +04:00)
Yüksək qan təzyiqini aşağı salan məhsullar açıqlanıb

Bakı. Trend:

Hazırda dünyada hər üçüncü şəxsdə yüksək qan təzyiqi müşahidə olunur. Böyük Britaniyadan olan həkimlər yüksək təqyiqi azalda biləcək məhsulların adlarını açıqlayıb.

Trend xəbər verir ki, daha çox meyvə, tərəvəz, süd və süd məhsulları qəbul etməyi məsləhət görüblər. Protein mənbəyi kimi ət, balıq, yumurta və paxlalılar göstərilir. Mütəxəssislər tərkibində çoxlu şəkər olan qida və içkilərdən uzaq durmağı məsləhət görüb.

İnsanın təzyiqi çox miqdarda yağların istehlakı səbəbindən yüksəlirsə, o zaman mütəxəssislər onları əvəz etməyi tövsiyə etdilər.

"Mono doymamış yağlar (məsələn, zeytun yağı, kanola yağı, badam, duzsuz anakardiya və avokado) və ya çoxlu doymamış yağlar (günəbaxan yağı və bitki yağları, qoz, günəbaxan toxumu və yağlı balıq daxil olmaqla) daha sağlam seçim olardı", - deyə həkimlər vurğulayır.

Mütəxəssislər duzu az istifadə etməyi, onu təbii ədviyyatlar və aromatizatorlarsız souslarla əvəz etməyi məsləhət görüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti