...

Bu müəllimlərin maaşı artırıldı

Cəmiyyət 17 Yanvar 2022 18:22
Bu müəllimlərin maaşı artırıldı

Trend-i buradan izləyin

Bakı. Trend:

Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 799 manat, direktorun müavinlərinin aylıq vəzifə maaşı 719 manat müəyyən edilib.

Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

Qərara əsasən, "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi" də yeni redaksiyada təsdiq edilib.

***

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının S X E M İ

Sıra

№-si

Təhsili

Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla)

pedaqoji staj 3 ilə qədər olduqda

pedaqoji staj 3

ildən 8 ilə qədər olduqda

pedaqoji staj 8

ildən 13 ilə qədər olduqda

pedaqoji staj 13

ildən 18 ilə qədər olduqda

pedaqoji staj 18 ildən çox olduqda

1.

Ali təhsilli

552

594

624

666

714

2.

Orta ixtisas təhsilli

504

534

552

588

636

Eyni zamanda həmin Qərarla təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi" yeni redaksiyada təsdiq edilib.

***

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin
aylıq vəzifə maaşlarının S X E M İ

Sıra

№-si

Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər

Aylıq vəzifə maaşı (manatla)

1.

Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı ən azı 5 ilə qədər

434

2.

Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 5 ilə qədər

448

3.

Orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək; orta hərbi təhsilli və ya ali təhsilli,

pedaqoji stajı hər iki halda 5 ilə qədər

462

4.

Ali təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox; orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən çox;

ali hərbi təhsilli, pedaqoji staja tələb qoyulmadan

490

Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti