...

Gürcüstanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində (FOTO)

Cəmiyyət 26 Yanvar 2022 09:59 (UTC +04:00)
Gürcüstanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində (FOTO)

Bakı. Trend:

Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze Bakı Ali Neft Məktəbində (BANM) olub. Ali Məktəbin rektoru Elmar Qasımov öncə Bakı Ali Neft Məktəbinin kampusunu gəzən səfirə burada yaradılan modern tədris şəraiti və tədqiqat mühiti ilə bağlı ətraflı məlumat verib. Sonra keçirilən görüşdə Elmar Qasımov iki ölkə arasında mövcud olan münasibətlərdən bəhs edərək Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin zəngin tarixə malik olduğunu vurğulayıb. Təhsil sahəsində əməkdaşlığın vacibliyinə toxunan rektor qeyd edib ki, Bakı Ali Neft Məktəbinin məzunları SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, eyni zamanda transmilli şirkətlərdə çalışırlar. Bakı Ali Neft Məktəbi ən müasir texnologiyalar və peşəkar pedaqoji heyətlə təmin olunmuş innovativ təhsil müəssisəsi kimi inkişaf edib.

Azərbaycanın Gürcüstan üçün mühüm strateji tərəfdaş olduğunu vurğulayan Zurab Pataradze gürcüstanlı gənclərin Bakı Ali Neft Məktəbində təhsil almalarında maraqlı olduqlarını ifadə edib və bu istiqamətdə hər cür dəstək verəcəklərini bildirib. Səfir SOCAR-ın Gürcüstanda neft sektorunun ən böyük investoru və ölkənin ən böyük vergi ödəyicilərindən biri olduğunu, yüksək sosial məsuliyyət daşıdığını vurğulayıb. Bildirib ki, şirkətin həyata keçirdiyi layihələr Azərbaycan və Gürcüstan arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə töhfələr verir.

Sonda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Zurab Pataradzeyə Ali Məktəbin “Fəxri qonaq ” plaketini təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti