...

Orqan transplantasiyası icbari tibbi sığorta çərçivəsində qarşılanacaq

Cəmiyyət 26 Yanvar 2022 12:53 (UTC +04:00)
Orqan transplantasiyası icbari tibbi sığorta çərçivəsində qarşılanacaq

Bakı. Humay Ağacanova - Trend:

Cari ildən orqan transplantasiyasının limitli şəkildə icbari tibbi sığorta çərçivəsində qarşılanması nəzərdə tutulub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, “Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri” cədvəlinə ümumilikdə 2550 sayda tibbi xidmət daxildir.

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 2022-ci ilin yanvarın 1-dən Azərbaycanda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti