...

Bakıda yeni Xiaomi mağazası açıldı (FOTO)

Cəmiyyət Materials 31 Yanvar 2022 16:20 (UTC +04:00)
Bakıda yeni Xiaomi mağazası açıldı (FOTO)

Bakı. Trend:

Yanvarın 29-da Bakıda Xiaomi-nin yeni rəsmi mağazası açıldı. Yeni mağaza Neftçilər prospektində, “Park Bulvar” AVM-də yerləşir.

Bütün arzu edən şəxslər mağazanın açılışında iştirak edə, eləcə də onları maraqlandıran sualları məsləhətçilərə ünvanlaya bildilər.

Mağazanın açılışı günü ilk müştərilər xoş və yaddaqalan sürprizlə qarşılaşdılar. İlk 20 ziyarətçiyə tam pulsuz olaraq Redmi AirDots 1 hədiyyə edildi. 21-ci və 60-cı ziyarətçilərə isə hədiyyə olaraq Redmi Power Bank 10000mAh təqdim edildi.

Yeni paytaxt mağazasının ziyarətçiləri artıq ən son Redmi Note 11 və Redmi Note 11 Pro xəttindən olan smartfonları almaq imkanına malikdirlər. Bu modellər istifadəçilərə bazarda ən yüksək keyfiyyətli və digər unikal xüsusiyyətlərə malik kameralardan birini təklif etməklə, smartfonların orta qiymət seqmentində inqilab edir. Redmi Note 11 alarkən müştərilər hədiyyə olaraq Mi Smart Band 5 + Mi Router 4C əldə edəcəklər. Redmi Watch Lite 2 və Redmi Buds 3 Pro isə Xiaomi 11T smartfonu alarkən gözəl bonus kimi hədiyyə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti