...

Orqanların bağışlanması prosesi necə həyata keçiriləcək?

Cəmiyyət Materials 4 Fevral 2022 10:49 (UTC +04:00)
Orqanların bağışlanması prosesi necə həyata keçiriləcək?

Trend-i buradan izləyin

Bakı. Trend:

Hazırda bütün dünyada orqan transplantasiyası əməliyyatlarından geniş istifadə olunur. Bir çox ölkələrdə orqan transplantasiyası üçün meyit orqanlarından istifadə olunması geniş tətbiq edilir. Azərbaycanda da bu barədə qanun qüvvəyə mindikdən sonra ölkəmizdə bu işə yanvar ayının 1-dən başlanılıb. 1999-cu ildən Azərbaycanda Heydər Əliyev tərəfindən bu qanunun imzalanmasına baxmayaraq, qanuna əsasən Azərbaycanda orqan transplantasiyaları əməliyyatları 2008-ci il dekabrın 12-də Dr.Mircəlal Kazıminin və onun komandası tərəfindən qaraciyər transplantasiyası əməliyyatı ilə başlanılmışdır.

Qanun artıq qüvvəyə minib, hazırda meyit orqanlarından istifadə mexanizmi necə olacaq?

Orqanların bağışlanması prosesi necə həyata keçiriləcək?

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi, ümumi cərrah, transplantoloq Dr.Mircəlal Kazımi ARB24-ün “İşgüzar səhər” verilişində bu sualları cavablandırıb. Videosüjeti Mərkəzi Gömrük Hospitalının youtube kanalında mizi izləyə bilərsiniz. https://youtu.be/zWGUXaG0HBw

Qeyd edək ki, Cənubi Qafqazda canlıdan canlıya ilk orqan köçürülməsi: qaraciyər transplantasiyası əməliyyatları məhz Azərbaycanda həyata keçirilib. Bu günə qədər respublikamızda 1500-ə qədər qaraciyər və böyrək transplantasiyası əməliyyatları icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti