...

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva şəhid ailələrinə və qazilərə daim xüsusi diqqət yetirirlər - Sevil Mikayılova (FOTO)

Cəmiyyət Materials 8 Fevral 2022 11:03 (UTC +04:00)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva şəhid ailələrinə və qazilərə daim xüsusi diqqət yetirirlər - Sevil Mikayılova (FOTO)

Bakı. Trend:

Milli Məclisin deputatı Sevil Mikayılova təmsil etdiyi Xaçmaz rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib, onların övladları ilə görüşüb.

Trend xəbər verir ki, S.Mikayılova Vətən müharibəsi şəhidləri və qazi ailələrinin Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən daim xüsusi diqqətdə saxlanıldığını, qədirbilən Azərbaycan xalqı tərəfindən şəhidlərin xatirəsinin əziz tutulduğunu qeyd edib.

Deputat bütün Azərbaycana əmanət olan şəhid övladlarının daim dövlət tərəfindən qayğı ilə əhatə olunduqlarını bir daha vurğulayıb.

Görüşlər zamanı şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti