...

Nəcməddin Sadıkov yol qəzası zamanı dəymiş ziyanı ödəyib - DYP

Cəmiyyət Materials 16 Fevral 2022 15:13 (UTC +04:00)
Nəcməddin Sadıkov yol qəzası zamanı dəymiş ziyanı ödəyib - DYP

Bakı. Samir Əli - Trend:

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi Müdafiə nazirinin sabiq birinci müavini, Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun törətdiyi yol qəzası barədə məlumat yayıb.

İdarənin baş inspektoru Araz Əsgərli Trend-ə açıqlamasında bildirib ki, “Toyota Land Cruiser“ markalı, 90-AS-020 seriyalı avtomobili idarə edən vətəndaş Sadıkov Nəcməddin Hüseyn oğlu tərəfindən törədilən yol-nəqliyyat hadisəsinə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən protokol tərtib olunub.

Hadisə sənədləşdirilib, qarşı tərəfə dəyən ziyan ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti