...

Orqan transplantasiyası ilə bağlı etika komissiyası tezliklə təsdiq olunacaq - Nazirlik

Cəmiyyət Materials 18 Fevral 2022 15:47 (UTC +04:00)
Orqan transplantasiyası ilə bağlı etika komissiyası tezliklə təsdiq olunacaq - Nazirlik

Bakı. Humay Ağacanova - Trend:

Orqan transplantasiyası ilə bağlı etika komissiyasının əmr layihəsi hazırlanıb və tezliklə təsdiq olunması nəzərdə tutulur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, orqan donorluğu və transplantasiya üzrə etika komissiyası formalaşdırılarkən qanunçuluq prinsipi əsas götürüləcək və tərkibinə psixoloq, hüquqşünas daxil ediləcəkdir.

"Həkim-transplantoloqun, transplantasiyanın təşkilində hər hansı bir formada iştirak edən şəxslərin isə komissiyanın tərkibinə daxil edilməsinə yol verilməyəcək", - deyə məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti