...

Şagirdlərdən mobil telefonlar götürüləcək? - Təhsil nazirindən açıqlama

Cəmiyyət Materials 18 Fevral 2022 14:06 (UTC +04:00)
Şagirdlərdən mobil telefonlar götürüləcək? - Təhsil nazirindən açıqlama

Bakı. Elçin Mehdiyev – Trend:

Şagirdlərdən mobil telefonların yığılması məktəb daxili qaydalarla tənzimlənir.

Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, bunun mərkəzləşmiş bir qərarla tənzimlənməsini düzgün deyil. “Telefon müəyyən mənada şagirdə lazımdır. Valideyni ilə əlaqə saxlayır. Hazırda şagirdlərin dərs prosesi zamanı telefonlarının yığılması mərkəzləşmiş qaydada müzakirə edilmir. Amma ayrı-ayrı məktəblərdə bu səlahiyyət var və icra edə bilirlərsə, mən bunu mümkün hesab edirəm”, - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti