...

Xaçmazın kəndlərində və kənd qəbristanlıqlarında təmizlik işləri aparılır (FOTO)

Cəmiyyət Materials 22 Fevral 2022 10:33 (UTC +04:00)

Bakı. Trend:

Xaçmaz rayonunun kənd və qəsəbələrində park və xiyabanlar, kənd daxili yollların kənarları, eləcə də qəbiristanlıqlarda təmizlik işləri aparılıb.

Bütün rayonu əhatə edən təmizlik aksiyasında sakinlər aktiv iştirak edib.

Qəbiristanlıqlarında məzarlıqların ətrafında səliqə-sahman yaradılıb, ərazi otlardan və kol-kosdan təmizlənib.

İməçilik çərçivəsində magistral və kənd daxili yolların kənarından təmizlik işləri aparılıb, mövcud olan yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Müxtəlif kəndlərdə görülən işlərlə yerində tanış olan Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərlə söhbət zamanı təmizlik aksiyalarının mütəmadi olaraq davam etdirilməsinin vacibliyini vurğulayıb.

Xaçmaz rayonunda analoji aksiyalar növbəti həftələrdə də davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti