...

Ötən il qəzalar nəticəsində yollara 700 min manatdan çox ziyan dəyib

Cəmiyyət Materials 22 Fevral 2022 12:49 (UTC +04:00)
Ötən il qəzalar nəticəsində yollara 700 min manatdan çox ziyan dəyib

Bakı. Samir Əli - Trend:

2021-ci il ərzində Bakı şəhərində və Respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 618 yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov deyib.

O bildirib ki, bunun nəticəsində 7 803 pm əyrixətli tirlər, 118 pm beton bardür, 129,4 kv.m tamet bəzək daşı, 103 kv.m asfalt-beton örtük, 208 pm mühafizə çəpərləri, 25 işıq dirəyi, 25 ədəd yol nişanı, 7 ədəd məlumat lövhəsi, 3 ədəd sərnişin dayanacağı, 18 ədəd səsboğucu lövhə, 1 ədəd hidravlik baryer və mühərriki, 164 kv.m alkapon üzlük və 32,5 pm körpü məhəccəri yararsız hala düşüb.

"Ümumilikdə yol təsərrüfatına 725,8 min manat məbləğində maddi ziyan dəyib, bundan 524,8 min manatı (72,3 %) ödənilib. Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, səbəkarları məlum olan və sığortaları olan yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunub, 3 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət olunub, 69 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub",- deyə S. Məmmədov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti