...

Baş prokuror Kamran Əliyev 3 rayonun vətəndaşlarını qəbul edəcək

Cəmiyyət Materials 1 Mart 2022 15:06 (UTC +04:00)
Baş prokuror Kamran Əliyev 3 rayonun vətəndaşlarını qəbul edəcək

Bakı. Samir Əli - Trend:

Baş prokuror Kamran Əliyev 3 rayonun vətəndaşlarını qəbul edəcək.

Baş Prokurorluqdan Trend-ə verilən məlumatda bildirilir ki, Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il martın 11-də saat 10:00-da Lənkəran rayon prokurorluğunun inzibati binasında Lənkəran, Lerik və Astara rayon sakinlərinin qəbulunu keçirəcəkdir.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Lənkəran rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twetter) vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti