...

Xaçmaz RİH başçısı Elnur Rzayev və millət vəkili Sevil Mikayılova Qusarçay kəndində səyyar qəbul keçirib (FOTO)

Cəmiyyət Materials 4 Mart 2022 12:55 (UTC +04:00)
Xaçmaz RİH başçısı Elnur Rzayev və millət vəkili Sevil Mikayılova Qusarçay kəndində səyyar qəbul keçirib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və millət vəkili Sevil Mikayılova Qusarçay kəndində səyyar qəbul keçirib.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, qəbulda Qusarçay inzibati ərazi dairəsinə daxil olan Həsənqala, Ağaverdioba, Balaqusarqışlaq kəndinin sakinləri iştirak edib.

Yerli hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin qatıldığı səyyar qəbulda vətəndaşlar kəndlər üçün vacib olan təklifləri səsləndiriblər. Mürcaiətlər kənd daxili yolların təmiri, elektrik təsərrüfatının yenilənməsi, qaz təchizaının bərpası, əlavə subartezian quyusunun qazılması, rabitə, internet və digər sosial sahələri əhatə edib.

Təklifləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qaldırılan məsələlərlə bağlı aidiyyatı təşkilatların rəhbərləri ilə müzakirələr aparıb, həlli istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti