...

Koronavirusa görə bağlanan bütün məktəblərdə əyani tədris bərpa olunub

Cəmiyyət Materials 10 Mart 2022 09:16 (UTC +04:00)
Koronavirusa görə bağlanan bütün məktəblərdə əyani tədris bərpa olunub

Bakı. Humay Ağacanova - Trend:

Azərbaycanda hazırda təhsili distant qaydada davam etdirən məktəb və siniflərin sayı açıqlanıb.

Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkə üzrə distant təhsildə olan məktəb yoxdur.

Qeyd olunub ki, distant təhsilə keçən siniflərin sayı isə 10-dur.

Xatırladaq ki, müvafiq qaydalara uyğun olaraq məktəblərdə koronavirusa yoluxma qeydə alındığı halda Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya mərkəzlərinin rəyi əsasında lokal bağlanmalar barədə qərar qəbul edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti