...

Azərbaycanda 142 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib

Cəmiyyət Materials 15 Mart 2022 15:33 (UTC +04:00)
Azərbaycanda 142 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 243 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 790 962 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 779 828 nəfər müalicə olunaraq sağalıb, 9 627 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 1 507 nəfərdir.

Ölkədə son sutka ərzində 5 454, hazırkı dövrədək isə 6 640 773 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti