...

Qusarın əkin və bağ sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır (FOTO)

Cəmiyyət Materials 16 Mart 2022 09:31 (UTC +04:00)
Qusarın əkin və bağ sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır (FOTO)

Bakı. Trend:

Qusar rayonunda əkin və bağ sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov Trend-ə bildirib ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Qusar rayonunda da əkin və bağ sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hazırda rayon Suvarma Sistemləri İdarəsi tərəfindən yeni mövsümə hazırlıq işləri görülür. Bu məqsədlə torpaq məcralı kanallar lil və kol-kosdan təmizlənir, beton kanalların ətrafında təmizlik işləri aparılır. Həmçinin torpaq məcralı kanallar beton üzlüklə əvəz edilir. Bu da öz növbəsində su istehlakçılarını vaxtında və itkisiz suvarma suyu ilə təmin etməyə imkan verir.

Vaxtında görülən meliorativ tədbirlərin nəticəsidir ki, ötən suvarma mövsümündə təsərrüfat sahibləri sahalərini suvarmaqda heç bir çətinlik yaşamayıblar. Fermerlərin su ilə təminatında subartezyan quyularının da xüsusi rolu var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti