...

Bəzi rayonlarda güclü külək fəsadlar törədib

Cəmiyyət Materials 19 Mart 2022 21:10 (UTC +04:00)
Bəzi rayonlarda güclü külək fəsadlar törədib

Bakı. Trend:

Əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qərb küləyinin sürətinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi proqnozlaşdırılırdı.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Trend-ə bildirib ki, bu saata olan məlumata görə, respublikanın bəzi rayonlarında güclü külək müşahidə olunub, bir sıra rayonlarda fəsadlar törədib. Belə ki, Gəncə şəhərində martın 19-da bir neçə ağacın budaqları qırılıb, ayrı-ayrı tikililərin dam örtüyü zədələnib.

"Martın 26-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var".

G.Məmmədovanın sözlərinə görə, qərb küləyinin sürətinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti