Bakı. Trend:
Zaqatalada gənc ananın doğuş zamanı ölməsi ilə bağlı cinayt işi başlanıb.
Zaqatala rayon prokurorluğundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, rayonun Çökək kənd sakini 1995-ci il təvəllüdlü Rəna Ramazanovanın martın 21-də saat 14 radələrində Zaqatala rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.