...

Bakıda Milli Gimnastika Arenasında idmançılar üçün gözəl şərait yaradılıb - əfsanəvi Ozbəkistan idmançısı (FOTO)

Cəmiyyət Materials 2 Aprel 2022 20:06 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında idmançılar üçün gözəl şərait yaradılıb - əfsanəvi Ozbəkistan idmançısı (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında idmançılar üçün gözəl şərait yaradılıb.

Bu barədə şənbə günü Trend-ə müasir dövrün əfsanəvi idmançısı, özbəkistanlı Oksana Çusovitina bildirib.

Xatırladaq ki, bu gün Özbəkistan təmsilçisi dayaqla tullanmada idman gimnastikası üzrə FIG Dünya Kubokunun “qızıl”ını qazanıb.

"Bakıda şərait əvvəlki mərhələlərdə olanlardan ən yaxşısıdır. Burada hər şey elə qurulub ki, idmançılar çıxış etsinlər və başqa heç bir şey haqqında düşünməsinlər. Ona görə də Bakıya gəlməyi çox sevirəm. Yarış mənim üçün yaxşı keçdi, hətta düşündüyümdən də yaxşı keçdi. Bakıda hər şey əladır - özümü demək olar ki, öz evimdəki kimi hiss edirəm, çünki burada ab-hava və insanlar Özbəkistandakı kimi mehribandır", - idmançı qeyd edib.

Əfsanəvi gimnast qadın gimnastika üzrə Azərbaycan yığmasının nümayəndələrinin hazırlıq səviyyəsi barədə də fikirlərini bölüşüb.

"Çıxışlarını gördüyüm qızlar, çox böyüyüblər, proqramlarına mürəkkəblik qatıblar, Azərbaycan gimnastlarında addım-addım irəliləyiş görürəm. Onlara uğurlar arzulayıram, əsas odur ki, zədəsi olmasın, qalan hər şey yaxşı olacaq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Bakıda Milli Gimnastika Arenasında daha bir mötəbər yarış - kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir. Yarışda dünyanın 34 ölkəsindən 145 gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti