...

ABŞ komandaları Bakıdakı Milli Gimnastika Arenasını çıxış etdikləri ən yaxşı arenalardan biri hesab edirlər - səfir

Cəmiyyət Materials 2 Aprel 2022 19:43 (UTC +04:00)
ABŞ komandaları Bakıdakı Milli Gimnastika Arenasını çıxış etdikləri ən yaxşı arenalardan biri hesab edirlər - səfir

Bakı. Trend:

ABŞ komandaları Bakıdakı Milli Gimnastika Arenasını çıxış etdikləri ən yaxşı arenalardan biri hesab edirlər.

Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger bildirib.

"Bakıda bir çox beynəlxalq gimnastika yarışları keçirilir. Milli Gimnastika Arenasına ilk dəfə deyil ki, baş çəkirəm. Bu unikal obyektdir. Mən hər dəfə ABŞ-dan olan komandaların nümayəndələri ilə söhbət edəndə deyirlər ki, bu, onların indiyədək yarışdıqları ən yaxşı arenalardan biri, hətta ən yaxşısıdır", - səfir bildirib.

Onun sözlərinə görə, burada komandaların məşq etmək, yarışmaq imkanı var. Səfir Bakıda belə yarışların daha da çox keçiriləcəyinə ümidvar olduğunu bildirib.

"İdman Azərbaycan xalqının mədəniyyətinin çox mühüm hissəsidir. Azərbaycan və ABŞ bu sahədə geniş tərəfdaşlıq əlaqələri inkişaf etdirib", - Erl Litzenberger deyib.

O, Azərbaycanda qadın basketbolunun inkişafını xüsusi qeyd edərək bildirib ki, ABŞ mütəmadi olaraq bu ölkəyə basketbol üzrə məşqçilər göndərir.

Diplomat Amerika idmançılarının Bakıda keçirilən yarışlarda iştirakından çox şad olduğunu vurğulayıb. O, əlavə edib ki, özü də idmanı sevir və xizək sürmək üçün Şahdağa tez-tez baş çəkir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti