Bakı. Trend:
Niderlandın Azərbaycandakı səfiri Pauline Eiseman Bakıda Milli Gimnastika Arenasında keçirilən kişi və qadınlar arasında idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində ölkəsinin idmançıları ilə görüşüb.
Trend xəbər verir ki, Bakıda dörd gün davam edən dünya çempionatı yarışlarının ilk iki günündə seçmə mərhələlər, qalan günlərdə isə final mərhələsi keçirilir.
Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Bakıda Milli Gimnastika Arenasında daha bir mötəbər yarış - kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir. Yarışda dünyanın 34 ölkəsindən 145 gimnast iştirak edir.