...

Bakı Limanının da iştirakı ilə Xəzər dənizində ekoloji monitorinq aparılır

Cəmiyyət Materials 6 Aprel 2022 18:14 (UTC +04:00)
Bakı Limanının da iştirakı ilə Xəzər dənizində ekoloji monitorinq aparılır

Bakı. Trend:

1 apreldən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC (Port of Baku) və Dövlət Neft Şirkətinin (SOCAR) mütəxəssislərindən ibarət ekspedisiya qrupu Xəzər dənizində monitorinq həyata keçirir.

Trend xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi ilə həyata keçirilən monitorinqin əsas məqsədi Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsidir. Monitorinq qrupunda iştirak edən Bakı Limanının SƏTƏM departamentinin mütəxəssisi Əmrah Dəmirovun verdiyi məlumata görə artıq 6 neft-qaz yatağı və Astaraçay çayının Xəzər dənizinə tökülən hissəsindən qurunt, su, dib çöküntüləri, zooplankton və bentos nümunələri götürüblər. 16 neft-qaz yatağı və 2 çay hövzəsində həyata keçirilməsi nəzərdə tutulan monitorinqin 10 apreldə yekunlaşdırılması planlaşdırılır.

Regionda ilk dəfə olaraq “Yaşıl Liman” statusuna layiq görülən, Xəzər dənizinin ən müasir limanlarından biri və regional logistika mərkəzi olan Bakı Limanı fəaliyyətində, eko-sistemin qorunmasına və inkişaf etdirilməsinə böyük diqqət ayırır, ətraf mühitin qorunması üçün beynəlxalq və yerli təşkilatların da iştirakı ilə mütəmadi olaraq layihələr həyata keçirir, proqramlar icra edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti