...

Metroda niyə şəkil çəkdirmək olmaz? - AÇIQLAMA

Cəmiyyət Materials 8 Aprel 2022 11:07 (UTC +04:00)
Metroda niyə şəkil çəkdirmək olmaz? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Hamıya məlumdur ki, Bakı metrosunda foto çəkmək qadağandır. Bununla bağlı bütün stansiyalarda xüsusi lövhələr də var.

Məsələ ilə bağlı “Bakı Metropliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, çəkilişin qadağan olunması Nazirlər Kabinetinin qərarı ilə Bakı Metropolitenindən istifadə qaydalarında mövcuddur.

Qaydaya əsasən Bakı metropoliteninin rəhbərliyinin icazəsi olmadan metroda foto, video və kino çəkilişləri aparmaq olmaz:

"Çəkiliş üçün metropoliten rəhbərliyindən icazə alınmalıdır. Metroda icazə verilən çəkilişlər belə nəzarət altında keçirilir. Sərnişinin Metropoliten ərazisində foto və ya video çəkilişlə məşğul olması təhlükəsizlik baxımından məqsədəuyğun deyil. Çəkilişlərin qadağan olunmasının əsas səbəbi sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədi daşıyır. Metropoliten strateji obyekt olduğuna görə, müəyyən qadağaların tətbiq edilməsi başadüşüləndir və birmənalı şəkildə qaydalara əməl olunmalıdır”- deyə B.Məmmədov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti