Bakı. Trend:
Sayt hazirlanmasi - Hər hansı bir məlumatı, məhsulu, xidməti, şəxsi, qurumu, markanı və s. təmsil etmək üçün internet şəbəkəsindəki ərazi veb sayt adlanır. Rəqəmsal dünyanın inkişafı ilə veb saytlarda çox yüksək bir artım var. Bu gün milyonlarla veb sayt var və saytlar ilə istədiyimiz hər bir məlumata, istənilən məhsula, hər hansı bir xidmətə və daha çoxuna nail ola bilirik. Yaxşı veb sayt necə hazırlanır? Bir veb sayt hazirlanmasi müddətində bəzi mərhələlərdən keçmək lazımdır. Bu mərhələlərin nə olduğunu aşağıdakı başlıqdan öyrənə bilərsiniz.
Veb sayt yaratmağın ilk addımı bir domen seçib satın almaqdır. Domen adı veb sayt adı deməkdir. Bir domen seçərkən onun layihənizlə əlaqəli olduğundan əmin olmalısınız. Veb saytınızın adı layihənizlə nə qədər uyğun olarsa axtarış sistemlərində daha üst sıralarda yer alacaqsınız. Məsələn boya satışı ilə məşğul olan bir şirkəti tanıtmaq üçün bir veb sayt qurmaq istəyirsiniz. Bu veb saytın yaradılması zamanı şirkətin adına uyğun olan bir domen seçməlisiniz.
Veb sayt dizaynı
Əlavə olaraq veb sayt hazirlanmasi zamanı, saytın SEO ilə uyğun olmasına və mobil və idarəetmə paneli uyğunluğuna diqqət yetirməlisiniz. Hansı proqramlaşdırma dilindən istifadə etməyinizdən asılı olmayaraq, hər kod sətrindən sonra bu kodu hansı funksiya üçün yazdığınızı göstərin. Bu axtarış sistemi botları üçün bir üstünlükdür və veb saytınız üçün veb dizayn üzərində işləyəcək olanlara və inkişaf etdirənlərə kömək edəcəkdir.
Veb sayt yaratma prosesinin ən asan və ən son addımıdır. Veb saytınızı ilk öncə lokal səviyyədə işə salmaqla çatışmazlıqlarınız olub olmadığını görə bilərsiniz və bu çatışmazlıqları düzəldə bilərsiniz. Sonra veb saytınızı hosting xidməti aldığınız əraziyə daşımalısınız. Bu sahəyə domen ünvanınızı daxil etdikdən sonra bütün sənədlərinizi köçürün və veb saytınızın istifadəçilərə açılmasını gözləyin.
Veb saytların axtarış sistemlərində reklam olunması son illər müəssisə və ya şirkət sahibləri üçün satıların artırılmasında olduqca böyük rol oynayır. SEM xidməti iki seçimdən ibarətdir: 'klik başına ödəniş' və ya 'izlənmə sayına görə ödəniş'. Əvvəlcə qiymət sistemində hesabınızdakı məbləğdən istifadə ediləcək məbləği təyin etməlisiniz. Müəyyən edilmiş məbləğə görə sistemdə almaq istədiyiniz xidmət haqqının ekvivalenti müəyyən edildikdən sonra,izlənmə və ya klik sayına əsasən təyin olunan vahid qiymət avtomatik olaraq hesabınızdan çıxılır. Klik sayına əsasən qiymət metodunu seçsəniz, veb saytınızın axtarış sistemlərində hər dəfə göründüyü zaman vahid qiyməti büdcənizdən çıxılacaq. İzlənmə sayına görə qiymət metoduna üstünlük verirsinizsə, axtarış sistemlərində edilən axtarış nəticələrində saytınıza hər dəfə baxıldıqda müəyyən edilmiş vahid qiyməti hesabınızdan çıxılacaq. Sayt hazirlanmasi prosesi zamanı hədəflərinizə əsasən hansını seçəcəyinizə qərar verməlisiniz.
Veb-saytların hazırlanması, SEO-ya uyğunlaşdırılması, SEM kimi xidmətlər üçün Web Coder-ə müraciət edin.