...

Azərbaycanda meyit donorluğu ilə bağlı kifayət qədər böyük iş görülür - Nazir

Cəmiyyət Materials 9 Aprel 2022 11:14 (UTC +04:00)
Azərbaycanda meyit donorluğu ilə bağlı kifayət qədər böyük iş görülür - Nazir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda meyit donorluğu ilə bağlı kifayət qədər böyük iş görülür. Təlimlər keçirilir, artıq beyin ölümü meyarları qəbul olunur.

Trend-in məlumatına görə, bunu jurnalistlərə səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, həmin prosesə cəlb olunan mütəxəssislərin xüsusi təlimləri həyata keçirilir.

“İnanırıq ki, qısa müddətdə koordinasiya mərkəzi beynəlxalq standartlara uyğun şəkildə öz fəaliyyətini həyata keçirməyə başlayacaq. Bizim cəmiyyətdə də digər qabaqcıl ölkələr kimi bu proses tam şəffaf şəkildə icra olunacaq”, - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti