Bakı. Trend:
2022-ci il üçün doktoranturaya və dissertanturaya sənəd qəbulu "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, doktoranturaya və dissertanturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin http://portal.edu.az sisteminə daxil olmalı, orada "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, http://Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari ilin 15 aprel tarixindən başlayacaq.