Bakı. Trend:
Yaxın vaxtlarda Bakı xanlarının sarayının bərpadan sonrakı açılış mərasimi keçiriləcək.
Trend-in məlumatına görə bunun İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə heyətinin sədri Şahin Seyidzadə "Qarabağın və Şərqi Zəngəzurun Memarlıq İrsi. Bərpa, Qorunma və istifadə problemləri" adlı Beynəlxalq Elmi Konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, tarixi abidələrin bərpası ilə yanaşı, Bakı xanlarının sarayının da bərpası həyata keçirilir.
“Bu istiqamətdə işlər artıq yekunlaşıb. Yaxın müddət ərzində tarixi binanın açılışı olacaq və ziyarətçilərin ixtiyarına veriləcək”- , deyə o əlavə edib