...

ÜST yüngül və orta dərəcəli COVID-19-un müalicəsi üçün tövsiyələr verib

Cəmiyyət Materials 22 Aprel 2022 04:56 (UTC +04:00)
ÜST yüngül və orta dərəcəli COVID-19-un müalicəsi üçün tövsiyələr verib

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) nirmatrelvir və ritonavir dərmanlarını ağır xəstəliyin inkişaf riski yüksək olan xəstələrdə yüngül və orta dərəcədə koronavirusun müalicəsi üçün tövsiyə edib.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbər verib.

Qeyd olunub ki, bu tövsiyə 3000-dən çox xəstə ilə aparılan iki tibbi araşdırmaya əsaslanıb:

"ÜST xəstəxanaya yerləşdirmə riski yüksək olan yüngül və orta dərəcəli COVID-19 xəstələri üçün "Paxlovid" adı altında satılan nirmatrelvir və ritonaviri şiddətlə tövsiyə edib". Təşkilatdan bildiriblər ki, bu dərman ağır xəstəliyin inkişaf riski yüksək olan xəstələr, o cümlədən peyvənd olunmayanlar, həmçinin yaşlı insanlar və immuniteti zəif olanlar üçün "hazırda ən yaxşı terapiya seçimidir".

Tədqiqatlar göstərib ki, bu dərmanı qəbul etmək xəstəxanaya yerləşdirmə riskini 85% azaldır. Bununla belə, ÜST "aşağı riskli" xəstələrdə nirmatrelvir və ritonavir qəbul etməməyi tövsiyə edir, çünki tədqiqatlar bu halda bu dərmanın faydasının "cüzi" olduğunu göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti