...

Sabahdan Bakıda yeni marşrut xətti istifadəyə verilir

Cəmiyyət Materials 25 Aprel 2022 13:52 (UTC +04:00)
Sabahdan Bakıda yeni marşrut xətti istifadəyə verilir

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi tərəfindən yeni 9 nömrəli şəhərdaxili müntəzəm marşrut təşkil edilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, aprelin 26-dan fəaliyyətə başlayacaq 9 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Yasamal yaşayış kompleksi (MİDA) və “Kristal Abşeron” yaşayış kompleksi, “İnşaatçılar” və “20 Yanvar” metro stansiyaları, son dayanacaq məntəqəsi “Nəriman Nərimanov” metro stansiyası olmaqla, hərəkət edəcəklər.

Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq təşkil edilən marşrut xətti üzrə sərnişindaşımalar “Xaliq Faiqoğlu” MMC-nin müasir və komfortlu iritutumlu avtobusları ilə yerinə yetiriləcək. Marşrut xətti üzrə gediş haqqı 0.30 azn təşkil edir və ödəniş nağdsız formada - “BakıKart”la olacaq.

Yeni marşrut xəttinin təşkili sosial kompleksdə, eləcə də ətraf ərazilərdə yaşayan təxminən 10 min nəfərdən artıq sərnişinin ictimai nəqliyyata olan tələbatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti