...

Sabah Bakıda 26 dərəcə isti olacaq

Cəmiyyət Materials 27 Aprel 2022 12:37 (UTC +04:00)
Sabah Bakıda 26 dərəcə isti olacaq

Bakı. Trend:

Aprelin 28-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 21-26° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 26-31° isti, dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti