...

Bədii gimnastikada mənim kumirim Arzu Cəlilovadı - gənc azərbaycanlı gimnast

Cəmiyyət Materials 3 May 2022 18:25 (UTC +04:00)
Bədii gimnastikada mənim kumirim Arzu Cəlilovadı - gənc azərbaycanlı gimnast
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bədii gimnastikada kumirim Azərbaycan idmançısı Arzu Cəlilovadır. O, gözəl, plastikdir və hərəkətləri çox zərif yerinə yetirir.

Bu barədə Trend-ə bədii gimnastika üzrə 27-ci Bakı Birinciliyinin iştirakçısı, "Ocaq Sport" klubunu təmsil edən gənc idmançı Lalə Əzizzadə deyib.

"Birinciliyə hazırlıq yaxşı keçdi, proqramı səhvsiz nümayiş etdirmək və yaxşı çıxış etmək üçün çox məşq etdim. Yarışdakı çıxışların nəticələrinə görə yaxşı nəticəyə inanıram və Birinciliyin mükafatını qazanacağıma ümid edirəm. Ən çox sevdiyim növ gürzdür, lakin mən bütün elementləri eyni dərəcədə məşq etməyə çalışıram”, - deyə gənc idmançı bildirib.

Lalə Əzizzadənin sözlərinə görə, o, əvvəllər Birincilikə iştirak edib və mükafat qazanıb.

"Mən Milli Gimnastika Arenasında çıxış etməyi çox sevirəm, burada xüsusi ab-hava var və mən həmişə ən yüksək nəticə göstərmək istəyirəm. Bu yarışlarda mənim proqramım əvvəlkilərdən daha çətin olsa da, çox çalışıram ki, onu səhvsiz başa çatdırım", - o, əlavə edib.

Qeyd edək ki, mayın 3-4-də Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi keçirilir.

Birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak edir.

Yarışda idmançılar fərdi (balacalar - 2012, 2013, 2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü, gənclər - 2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında (balacalar - 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü) mübarizə aparır.

İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və qrup hərəkətləri proqramında öz aralarında qalibləri müəyyənləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti