...

Bakıdakı Milli Gimnastika Arenasında çıxış etmək böyük şərəfdir - gənc azərbaycanlı idmançı

Cəmiyyət Materials 3 May 2022 19:15 (UTC +04:00)
Bakıdakı Milli Gimnastika Arenasında çıxış etmək böyük şərəfdir - gənc azərbaycanlı idmançı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında çıxış etmək mənim üçün böyük şərəfdir.

Bu barədə Trend-ə bədii gimnastika üzrə 27-ci Bakı birinciliyinin iştirakçısı, Bakı Gimnastika Məktəbini təmsil edən gənc idmançı Zəhra Tahirova deyib.

"Dörd yaşımdan idmanla məşğulam, ilk dəfə gimnastların çıxışlarını televiziyada görmüşəm. Onların hərəkətləri məndə elə təəssürat yaratdı ki, mən də məşq etmək istədim, anam bu işdə mənə dəstək oldu. Cəmi 10 yaşım olmasına baxmayaraq, artıq həm Azərbaycanda, həm də xaricdə - Gürcüstanda, Estoniyada, Macarıstanda və Monteneqroda keçirilən bir çox yarışlarda iştirak etmişəm, medallar qazanmışam”, - deyə gənc idmançı bildirib.

Zəhra Tahirovanın sözlərinə görə, yarışların onun üçün böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, o, həyəcanın öhdəsindən gəlməyi öyrənib.

"Birincilik mənim üçün son dərəcə vacibdir, bu yarışların ciddiliyini başa düşürəm, amma döşəyə çıxanda heç bir həyəcan hiss etmirəm. Tamaşaçıların dəstəyi mənə emosiyalarımın öhdəsindən gəlməyə kömək edir, məşqdə olduğum kimi çıxış etməyə çalışıram", - gənc gimnast əlavə edib.

Qeyd edək ki, mayın 3-4-də Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi keçirilir.

Birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak edir.

Yarışda idmançılar fərdi (balacalar - 2012, 2013, 2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü, gənclər - 2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında (balacalar - 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü) mübarizə aparır.

İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və qrup hərəkətləri proqramında öz aralarında qalibləri müəyyənləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti