...

Bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi çərçivəsində qrup hərəkətlərində qaliblərin mükafatlandırma mərasimi baş tutub (FOTO)

Cəmiyyət Materials 3 May 2022 21:16 (UTC +04:00)
Bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi çərçivəsində qrup hərəkətlərində qaliblərin mükafatlandırma mərasimi baş tutub (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Milli Gimnastika Arenasında bədii gimnastika üzrə komandalar arasında keçirilən 27-ci Bakı çempionatının “pre-junior” yaş kateqoriyası üzrə qrup hərəkətləri üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Trend xəbər verir ki, “Ocaq Sport” klubunu təmsil edən qrup komanda (ikinci komanda, 22.000 xal) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, eyni klubunun digər komandası (birinci komanda, 21.150 xal) ikinci yeri, Bakı Gimnastika Məktəbini təmsil edən qrup isə üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, mayın 3-4-də Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi keçirilir.

Birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak edir.

Yarışda idmançılar fərdi (balacalar - 2012, 2013, 2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü, gənclər - 2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında (balacalar - 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü) mübarizə aparır.

İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və qrup hərəkətləri proqramında öz aralarında qalibləri müəyyənləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti