...

Azərbaycanda din xadimləri attestasiyadan keçəcək

Cəmiyyət Materials 10 May 2022 13:27 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda din xadimləri attestasiyadan keçəcək.

Trend-in məlumatına görə, bu barədə məsələ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nda əksini tapıb.

Qaydada qeyd olunur ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin üçüncü hissəsinə əsasən din xadimləri hər beş ildən bir attestasiya edilir.

Attestasiyasının keçirilməsi məqsədi ilə Komitədə Qafqaz Müsəlmanları İdarəsinin, Komitənin strukturuna daxil olmayan tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələri, habelə mütəxəssislər daxil olmaqla 9 nəfərdən ibarət attestasiya komissiyası yaradılır. Attestasiya komissiyasının tərkibi sədrdən, katibdən və digər üzvlərdən ibarət olmaqla, Komitə sədri tərəfindən təsdiq edilir.

Attestasiyanın keçirilməsinin müddətləri, cədvəli və attestasiya zamanı sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı Komitə sədri tərəfindən təsdiq edilir və attestasiyanın başlanılmasına ən geci 1 (bir) ay qalmış attestasiyadan keçən din xadimlərinin nəzərinə çatdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti