...

122 yaşlı tarixi hamam bərpa olunacaq - Dövlət Xidməti

Cəmiyyət Materials 13 May 2022 14:51 (UTC +04:00)
122 yaşlı tarixi hamam bərpa olunacaq - Dövlət Xidməti
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəbkələrdə yayılan görüntülərdə Sabirabad rayonunda 122 yaşlı tarixi hamamın məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı görünür.

Tarixi hamam 1900-cü ildə Seyid Mirmusa Tağıyev tərəfindən inşa edilərək istifadəyə verilib.

Hazırda isə tarixi hamam məhv olmaq təhlükəsi ilə üzləşib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova Trend-ə bildirib ki, Sabirabad rayonunda yerləşən tarixi hamam dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidəsi kimi Dövlət Xidmətinin nəzarətindədir.

O bildirib ki, XIX əsrin sonlarında inşa olunan hamam bir neçə ilə öncəyə qədər istifadə edilib. Hazırda isə hamamın bərpaya ehtiyacı var.

"Adıçəkilən abidənin bərpası dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib. Tarixi abidələr müvafiq siyahıya daxil edilərək mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir.

“Tarix və Mədəniyyət Abidələrinin Qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən abidələrin qorunması, öyrənilməsi, bərpası və konservasiyası dövlət büdcəsindən və yerli büdcələrdən ayrılan vəsaitlərlə yanaşı, fiziki və hüquqi şəxslərin maliyyə yardımları, ianələri hesabına da həyata keçirilə bilər.

Bu baxımdan Dövlət Xidməti olaraq ölkə ərazisində bərpa-konservasiyaya ehtiyacı olan bu tip abidələrin qanunvericilik çərçivəsində fiziki və hüquqi şəxslər tərəfindən müvafiq işlərin icrası üçün təşviqat işləri də aparılır", - deyə N.Allahyarova bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti