...

Bu magistral yolda hərəkət qismən məhdudlaşdırılacaq

Cəmiyyət Materials 18 May 2022 09:54 (UTC +04:00)
Bu magistral yolda hərəkət qismən məhdudlaşdırılacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən 89.7-ci km-də yerləşən mövcud avtomobil körpüsündə aparılacaq təmir işləri ilə əlqədar olaraq may ayının 18-dən 19-na keçən gecədən etibarən hərəkət qismən məhdudlaşdırılacaq.

Agentlikdən Trend-ə bildirilib ki, hərəktin məhdudlaşdırılması Kürdəmir rayonu istiqamətində tətbiq ediləcək.

Təmir işləri müddətində əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunacaq.

Sürücülərdən təmir işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti