...

Azərbaycanda donor bankı yaradılıb - Komitə sədri

Cəmiyyət Materials 19 May 2022 16:37 (UTC +04:00)
Azərbaycanda donor bankı yaradılıb - Komitə sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda artıq donor bankı yaradılıb, ölkədə orqan və transplantasiya həyata keçirəcək klinikaların adları təsdiq olunub.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.

Ə.Əmiraslanov bildirib ki, transplantasiya ilə bağlı mütəxəssislərin hazırlığına başlanılıb.

O qeyd edib ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanun komitə tərəfindən hazırlanıb və Prezident İlham Əliyev tərəfindən təsdiq olunub.

Komitə sədrinin sözlərinə görə, sənədin işləməsi üçün Nazirlər Kabinetinin Sərəncamı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti