...

Doğumu dövlət qeydiyyatına alınmayan uşaqların sayı açıqlanıb

Cəmiyyət Materials 23 May 2022 12:50 (UTC +04:00)
Doğumu dövlət qeydiyyatına alınmayan uşaqların sayı açıqlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Son 5 il ərzində qeydiyyat şöbələri tərəfindən əvvəlki illərdə doğulmuş və doğumu dövlət qeydiyyatına alınmamış uşaqların doğumunun qeydə alınmasına dair statistika açıqlanıb.

Trend-in məlumatına görə, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə bildirib ki, 2018-ci ilə 2167 belə hal olub:

"Onlardan 2054-ü aşkarlanıb, 2019-cu ildə bu rəqəm 1980 olub, 1813-ü aşkarlanıb. 2020-ci ildə doğumu qeydə alınmayan uşaqların sayı 1312 olub, onlardan 1205 fakt aşkar edilib. 2021-ci ildən sonra isə bu hallar müəyyən qədər azalıb. 2021-ci ildə 972-i uşağın doğum haqda qeydiyyatı olmayıb, onlardan 937-i aşkar edilib. Bu il mayın 1-ə qədər isə bu rəqəm 421-dir. Onlardan 449-u aşkar edilərək qeydiyyata götürülüb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti