...

TEKNOFEST-də KOBİA-nın dəstəyi ilə 11 startap iştirak edir - Orxan Məmmədov

Cəmiyyət Materials 26 May 2022 16:49 (UTC +04:00)
TEKNOFEST-də KOBİA-nın dəstəyi ilə 11 startap iştirak edir - Orxan Məmmədov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

TEKNOFEST festivalında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə 11 startap iştirak edir.

Trend-in məlumatına görə, bunu agentliyin İdarə heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, festivalda startap layihələr əsasən külək və su enerjisi sahələrində təmsil olunur.

"Müəssisələrimizin TEKNOFEST-də iştirakının əsas məqsədi öz imkanlarının nümayiş etdirilməsində və potensial investorların cəlb olunmasındadır. 2021-ci ildə IT sahəsində məşğul olan Azərbaycan startaplarından biri ABŞ-dan investor cəlb edə bilib. Agentliyimiz həm beynəlxalq, həm də lokal səviyyədə startap layihələri reallaşdırır və təşviq edir", - O.Məmmədov deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti