...

Ölkəmizdə ehtiyacı olan şəxslərin ödənişsiz hüquqi yardımlara əlçatanlığı məhduddur - Anar Bağırov

Cəmiyyət Materials 31 May 2022 11:12 (UTC +04:00)
Ölkəmizdə ehtiyacı olan şəxslərin ödənişsiz hüquqi yardımlara əlçatanlığı məhduddur - Anar Bağırov
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ölkəmizdə ehtiyacı olan şəxslərin mülki işlər üzrə ödənişsiz hüquqi yardıma əlçatanlığı məhduddur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

A.Bağırov qeyd edib ki, I instansiya və Apelyasiya məhkəmələrində deyil, kassasiya şikayətinin yazılması, ali məhkəmədə iştirak və əlavə kassasiya şikayətinin yazılması və iştirakla bağlı aztəminatlı vətəndaşlar dövlət hesabına vəkillə təmin oluna bilirlər.

O bildirib ki, bugün pulsuz hüquqi yardım məsələsi çox həssas məsələdir:

"Pulsuz hüquqi yardımla bağlı qanunda müvafiq standart yoxdur. Bu çox çətin məsələdir. Ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardımların göstərilməsi üçün qanuna dəyişiklik edilməli və həmin şəxslərin pulsuz hüquqi yardıma əlçatanlığı təmin edilməlidir. Bu istiqamətdə də Vəkillər Kolleqiyası Mediasiya Şurasına tam dəstək verməyə hazırdır"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti