Bakı. Trend:
Emal sənayesində 2022-ci ilin yanvar-aprel aylarında 5 milyard 771,0 milyon manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilib.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 8,5 faiz artım, tütün məmulatlarının istehsalında 11,8 faiz, içki istehsalında isə 14,3 faiz azalma müşahidə olunub.
Bu sahələrin əsas məhsullarından marqarin istehsalı 31,0 faiz, qənd və şəkər tozunun istehsalı 3,6 faiz, kərə yağının istehsalı 2,4 faiz artmış, duru bitki yağlarının istehsalı isə 17,9 faiz azalıb.