...

Azərbaycan Vəkillər Kollegiyası CCBE-yə üzv seçilib

Cəmiyyət Materials 8 İyun 2022 10:38 (UTC +04:00)
Azərbaycan Vəkillər Kollegiyası CCBE-yə üzv seçilib

Bakı. Trend:

Respublikamızın hüquq sistemində aparılan əsaslı islahatlar nəticəsində məhkəmə hüquq sistemi təkmilləşdirilir.Vətəndaşların hüquq və azadlıqlarının təmin olunması istiqamətində mühüm işlər həyata keçirilir. Bu sahədə formalaşmış normativ hüquqi və institusional baza daim inkişaf edir. Bu proseslərin mərkəzində heç şübhəsiz, insanamili, insanların hüquqlarının müdafiəsinin gücləndirilməsi dayanır.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası daim yeniləşən məhkəmə-hüquq sistemində vətəndaşların hüquqlarının peşəkar müdafiəsini təmin edir.

Vəkillik hər bir dövlətin vətəndaşlarının və onların birliklərinin fundamental hüquqlarının keşiyində duran mühüm hüquq institutudur. Onun qüvvətli və təşkilatlanmış olmasından, hüquq müdafiəçisi funksiyasını bacarıqla yerinə yetirməsindən hər bir vətəndaşın öz rifahının və hüquqlarının qorunmasına əminliyi əhəmiyyətli dərəcədə asılıdır.

Son dövrlərdə Azərbaycanda vəkillik institutunun inkişafı ilə bağlı keçirilən islahatlar, vəkillərin sayının kifayət qədər artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi öz bəhrəsini verməkdədir.

Son dörd il ərzindəVəkillər Kollegiyasında ixtisas imtahanlarının müntəzəm keçirilməsi nəticəsində 2018-ci ilin əvvəlindən bu günə kimi, vəkillərin sayı 931 nəfərdən 2135 nəfərəçatmışdır. Vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vəkillərin ixtisasının artırılması məqsədilə, Kollegiya tərəfindən daim təlimlər və seminarlar keçirilir. Vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almasını təmin etmək üçün respublikamızın regionlarında yeni vəkil büroları açılır, mövcud büroların şəraitinin yaxşılaşdırılması və maddi texniki bazalarının gücləndirilməsi üçün hər cür dəstək verilir. Kollegiyanın strukturları vasitəsilə aztəminatlışəxslərə pulsuz hüquqi xidmətlər göstərilir, Bakışəhərində və bölgələrdə mütəmadi olaraq pulsuz hüquqi yardım aksiyaları təşkil edilir. Vəkillərin peşə vəzifələrinin icrasına ciddi nəzarət olunur, vəzifələrinin icrasında nöqsanlara yol verən vəkillər inzibati məsuliyyətə cəlb olunurlar.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyinin səmərəli fəaliyyəti yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də uğur əldə etmək imkanını yaratmışdır. Üç ildən çox davam edən danışıqlar nəticəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) mayın 13-dəİrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən plenar iclasında həmin nüfuzlu təşkilata üzv seçilmişdir. Qeyd edilən təşkilat Avropa Şurası və Avropa İttifaqına üzv olan 46 ölkənin vəkillər kollegiyalarını və bir milyondan çox vəkili birləşdirir. Təşkilatın fəaliyyətinin əsas məqsədini vəkil peşəsini tənzimləyən normativ qaydaların qəbulu, qanunun aliliyinin, insan haqları və demokratik dəyərələrin müdafiəsi təşkil edir. Bu o deməkdir ki, sözügedən təşkilatın üzvü kimi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası fəaliyyətində Azərbaycan Respublikasında vəkil peşəsini tənzimləyən yüksək standartlara cavab verən normativ qaydaları və qanunun aliliyini rəhbər tutur və o, insan haqlarını, demokratik dəyərləri yüksək səviyyədə müdafiə etmək iqtidarındadır.

Kollegiyanın CCBE təşkilatına üzvlüyü, ilk növbədə, vətəndaş cəmiyyəti üçün böyük önəm kəsb edir və böyük fayda verəcəkdir. Azərbaycanın Vəkillər Kollegiyasının üzvləri Avropa ölkələrində təcrübə keçmək, peşə hazırlığını artırmaq, peşə fəaliyyətini Avropa standartlarına uyğun həyata keçirmək imkanına malik olacaqlar. CCBE-nin “Avropa vəkillərinin səsi” olmasından yararlanaraq, vəkillərimiz ölkəmizin haqq səsini Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatda, beynəlxalq kürsülərdən dünyaya çatdırmaq imkanınıəldə edəcəklər.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fəaliyyəti vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaqhüququnun təmin olunmasına yönəlmişdir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlıəlavə tədbirlər haqqında" 22 fevral 2018-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, “vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi vəədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır”. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına seçilməsi beynəlxalq səviyyədə güclü və nüfuzlu təşkilat kimi tanınmasının mühüm göstəricisidir.

Lalə Nağıyeva

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət heyətinin üzvü

Məqalədə:
Xəbər lenti

Xəbər lenti