Bakı. Trend:
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 772 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 245, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 149, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 234, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 144 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 737 949, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 349 904, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 850 340, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 290 717, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 246 988 nəfər təşkil edir.