...

Fərid Qayıbov və “Zirə” Futbol Klubunun fəxri prezidenti mini-futbol üzrə milli komandamızın üzvləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 10 İyun 2022 17:49 (UTC +04:00)
Fərid Qayıbov və “Zirə” Futbol Klubunun fəxri prezidenti mini-futbol üzrə milli komandamızın üzvləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Məlum olduğu kimi, Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında çıxış edən mini-futbol üzrə milli komandamız dünən ¼ final mərhələsində ev sahibi Slovakiya yığmasına qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Trend xəbər verir ki, iyunun 10-da gənclər və idman naziri Fərid Qayıbov və “Zirə” Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov yarımfinal öncəsi onlayn formatda mini-futbol üzrə milli komandanın üzvləri ilə görüşərək qalibiyyət münasibətilə komandanı təbrik edib, yarımfinalda uğurlar arzu ediblər.

Mini-futbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev diqqətə görə komanda adından təşəkkür edib.

Xatırladaq ki, yarımfinal matçı bu gün Bakı vaxtı ilə saat 20:30-da Koşitsenin “Steel” arenasında baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti