...

Avropa çempionu olan komandamız Bakıya qayıdıb (FOTO)

Cəmiyyət Materials 13 İyun 2022 04:47 (UTC +04:00)
Avropa çempionu olan komandamız Bakıya qayıdıb (FOTO)

Bakı. Trend:

Mini-futbol üzrə Avropa çempionu olmuş Azərbaycan milli komandası Bakıya qayıdıb.

Trend xəbər verir ki, idmançılarımızı hava limanında azarkeşlər və media nümayəndələri qarşılayıblar.

Xatırladaq ki, Azərbaycan mini-futbol millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında qalib olub. Milli komandamız finalda Rumıniya ilə üz-üzə gəlib. Qarşılaşma komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da yığmamız Avropa çempionu olub. Qeyd edək ki, bu, Azərbaycan millisinin 10-cu dəfə təşkil edilən Avropa çempionatında ilk çempionluğudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti